Rusiya ABŞ və NATO-nun Avropada hərbi güclənməsinə cavab olaraq qərb sərhədlərində hərbi mövcudluğunu qismən artırmaq və Belarusla hərbi inteqrasiyanı dərinləşdirmək, o cümlədən respublikada taktiki nüvə silahlarını yerləşdirməklə cavab verəcək.
Editor.az xəbər verir ki, bu fikri “Valday” klubunun eksperti, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov deyib. Ekspertin fikrincə, Rusiya rəqiblərinin genişmiqyaslı silahlanma yarışına sürüklənməsinin qarşısını almaq üçün əsas diqqətini nüvə silahlarına və dəqiq idarə olunan raketlərə yönəldəcək. Suslov bəyan edib ki, Qərb qüvvələrinin güclənməsinə ölkənin cavabı, əgər məqsədli təxribat baş verərsə, SSRİ-nin Varşava Müqaviləsi çərçivəsində etdiyi kimi qoşunların geniş miqyasda yerləşdirilməsi olmadan asimmetrik xarakter daşıyacaq.
Hazırda Avropada 100 minə yaxın Amerika əsgəri var. Ekspert hesab edir ki, bu rəqəm yekun sayılmamalıdır. Ukrayna və İsraildəki vəziyyətlə əlaqədar Vaşinqton Avropanın hərbi infrastrukturunu genişləndirmək qərarına gələ bilər. Suslov Avropa ölkələrinin belə bir addıma qarşı olmayacağını, keçən ildən bəri NATO-ya üzv olan 30 ölkədən yalnız 7-nin ÜDM-in 2 faizini hərbi xərclərə xərcləməyə razılaşdıqlarını və müdafiə məsələləri ilə bağlı qərarların qəbul edilməsinə üstünlük verdiklərini iddia edib.
//Gülnarə Abasova, Editor.az

