Rusiya Abxaziya və Cənubi Osetiyanı qaytarmadan, Gürcüstanla “dost” olmaq istəyirbackend

Rusiya Abxaziya və Cənubi Osetiyanı qaytarmadan, Gürcüstanla “dost” olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Moskva Gürcüstanla diplomatik münasibətləri bərpa etməkdə qərarlıdır.

Onun sözlərinə görə, Rusiya Federasiyası təəssüf edir ki, Tbilisi “dialoqun bərpasını Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi ilə əlaqələndirir”. “Rusiya Federasiyasının Abxaziya və Cənubi Osetiyanın suverenliyi və müstəqilliyinin tanınması ilə bağlı 2008-ci ilin avqustunda qəbul edilmiş qərarına yenidən baxılmayacaq. Lakin biz Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığı hərtərəfli inkişaf etdirməyə davam etməyə hazırıq”, – deyə Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Aprelin 11-də Gürcüstanın baş naziri İrakli Kobaxidze xatırladıb ki, Tbilisi Moskva ilə münasibətləri “dinc və praqmatik” tonda saxlayır.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdıqdan sonra Gürcüstan tərəfindən ölkələr arasında diplomatik münasibətlər kəsilib. Tbilisi bu əraziləri işğal olunmuş hesab edir.

//Samir Qurbanov, Editor.az