Rusiya aerodromları PUA-ların hədəfindəbackend

Rusiya aerodromları PUA-ların hədəfində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, bu barədə “Krım Küləyi” monitorinq qrupu peyk görüntülərinə istinadən məlumat yayıb. Yanğınlar eniş-enmə zolağının şərq ucuna yaxın binaların ərazisində qeydə alınıb.

Bundan əlavə, Krasnodar diyarındakı İlyinski Neft Emalı Zavoduna da hücum edilib. Yerli sakinlərin sözlərinə görə, həmin gecə Volqoqradda 40-a yaxın partlayış səsi eşidilib. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi 100-dən çox pilotsuz uçan aparatı ələ keçirdiyini iddia edir. Xüsusilə, 70 PUA-nın işğal altındakı Krım və Qara dəniz üzərində, daha 43-nün isə Volqoqrad vilayətində “tutulduğu” iddia edilir. Həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin altı pilotsuz katerin məhv edildiyini deyiblər.

//Samir Qurbanov, Editor.az