İyunun 2-nə keçən gecə ruslar ölkənin hərbi aerodromlarına pilotsuz təyyarələrlə hücumların davam etdiyini açıqlayıblar.
Rusiya Müdafiə Nazirliyi gecə saat 20:10-dan 21:45-ə qədər onların hava hücumundan müdafiə qüvvələrinin Kursk, Belqorod, Bryansk və Oryol vilayətləri ərazisi üzərində Ukraynaya məxsus 53 təyyarə tipli pilotsuz uçuş aparatını məhv və ya ələ keçirib.
Tezliklə internet Lipetsk, Kursk, Borisoglebsk, Ryazan və Voronejdə pilotsuz təyyarələrin hücumları haqqında yazmağa başlayıb. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xişteyn bildirib ki, Kursk səmasında pilotsuz təyyarələr vurulub, dağıntıların düşməsi nəticəsində fərdi evlərdə və qarajda yanğınlar baş verib, yaşayış binasına da ziyan dəyib. İtki yoxdur.
Rusiyanın VChK-OGPU layihəsi yazır ki, Lipetskdə pilotsuz təyyarələrin hədəfi hərbi aerodrom, Voronej vilayətində Borisoqlebsk aviabazası, Ryazanda isə Dyagilevo ola bilər. Sonuncu şəhərdə genişmiqyaslı yanğın müşahidə edilir.
//Samir Qurbanov, Editor.az