Rusiya Afrikadan yardım istəyirbackend

Rusiya Afrikadan yardım istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropa İttifaqını sanksiyaları yumşaltmağa məcbur etmək üçün yollar axtarır.

“Bloomberg”ə istinad edən Editor.az-ın məlumatına görə, rusiyalı gübrə milyarderi Andrey Melniçenko Afrikadakı siyasətçilərə lobbiçilik edir ki, Avropa İttifaqına “sanksiyalar probleminin həlli” tapması üçün təzyiq göstərsinlər. O, hakim Afrika Milli Konqresinin seçkiqabağı konfransı çərçivəsində iştirakçı siyasətçilərə lobbiçilik təklif etmək üçün Cənubi Afrikaya uçub.

Melniçenko 12 ay ərzində sanksiyalara görə itirilən gübrə ehtiyatlarının 200 milyondan çox insana bəs edəcək taxıl yetişdirəcəyini söyləyərək, Afrikanın Aİ-nin “sanksiya problemini həll etmək” çağırışlarını dəstəkləməsini istəyəcək. “Mən düşünmürəm ki, ərzaq çatışmazlığından əziyyət çəkən insanlar münaqişədə tərəf tutmalıdırlar”, – Melniçenko bildirib.

  //Samir Qurbanov, Editor.az