Rusiya Afrikaya göndərilmək üçün muzdlu dəstələr formalaşdırırbackend

Rusiya Afrikaya göndərilmək üçün muzdlu dəstələr formalaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Afrika ölkələrinin ərazisinə göndərilmək üçün muzdlulardan ibarət dəstələr formalaşdırır.

Editor.az xildirir ki, bu barədə yanvarın 17-də Telegram-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) məlumat yayıb. Hesabatda deyilir ki, Moskva Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, xüsusən də Krımda özünəməxsus “səfərbərlik” işi aparır.

Müqavilələrin Rusiya Federasiyasının işğalçı ordusunun hərbi ehtiyatları, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinə xidmət üzrə mütəxəssislər, hərbi dənizçilər və hərbi-texniki sahədə bəzi digər mütəxəssislər tərəfindən imzalanması təklif edilir. Müqavilələr Ukraynaya qarşı vuruşan rus işğalçılarının pul dəstəyinə uyğun aylıq maaşla bir neçə il üçün nəzərdə tutulub.

Moskva vilayətinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, muzdluları təkcə yüksək qazanc deyil, həm də ölüm riskinin yüksək olduğu Ukrayna ərazisində müharibədə iştirakdan yayınmaq imkanı cəlb edir. Moskva öz kontingentinin göndərilməsinin məqsədini Afrikadakı təsirini genişləndirməkdə görür, – BKİ əlavə edib.

//Samir Qurbanov, Editor.az