Rusiya ağır itkilərinin yerini orta məktəb məzunlarının hesabına doldurmaq istəyirbackend

Rusiya ağır itkilərinin yerini orta məktəb məzunlarının hesabına doldurmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi vətəndaşların müqavilə xidmətinə daxil olma imkanlarını genişləndirən qanun layihəsi təqdim edib. Layihədə orta məktəb məzunlarının peşəkar hərbi xidmətə qəbulu təklif olunur.

Editor.az bu barədə “Komsomolskaya Pravda”ya istinadən xəbər verir. Təqdim olunan sənəddə 18 yaşı tamam olan gənclər bu müqaviləni bağlamaq hüququna malik olacaqlar. Müvafiq şərt “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 34-cü maddəsinin qüvvədə olan redaksiyasında öz əksini tapıb. Bu bölmə üçün heç bir dəyişiklik planlaşdırılmır. Eyni zamanda, düzəlişlər təhsil senzinin azaldılmasını nəzərdə tutur. Hazırda qüvvədə olan qununvericiliyə görə, üç aylıq hərbi xidmət keşçməyən və ya ehtiyatda olan Rusiya vətəndaşları yalnız ali və ya orta ixtisas təhsilinə malik olduqları halda hərbi müqavilə bağlaya bilərlər. Layihənin müəllifləri “Vahid Rusiya”nın deputatları Vasili Piskarev, Ernest Valeev, Anatoli Vıbornıy, Andrey Kartapolov və Dmitri Savelyevdir.

  Editor.az