Rusiya: Aİ oğurlanmış Rusiya aktivlərini gec-tez qaytarmalı olacaqbackend

Rusiya: Aİ oğurlanmış Rusiya aktivlərini gec-tez qaytarmalı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Aİ-dəki Daimi Nümayəndəliyi bəyan edib ki, Aİ gec-tez Ukraynaya hərbi yardımda istifadə etməyi planlaşdırdığı dondurulmuş aktivləri Rusiyaya qaytarmalı olacaq.

Editor.az xəbər verir ki, Rusiyanın Avropa İttifaqı (Aİ) yanında Daimi Nümayəndəliyindən verilən açıqlamada dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə törədilən fırıldaqlar səbəbindən Aİ və avro zonasının gözlənilməz nəticələrlə üzləşəcəyi və bu aktivlərin daha tez və gec Rusiyaya qaytarılacağı gözlənilir. Bəyanatda deyilir: “Yaradılan presedentin nəticələri Avro Bölgəsi, Aİ-yə üzv ölkələrin iqtisadiyyatları və investisiya mühiti üçün tamamilə gözlənilməz olacaq. Yalnız bir şey proqnozlaşdırıla bilər. Gec-tez Aİ üzvləri oğurlanmış aktivləri ölkəmizə qaytarmalı olacaqlar”.

Bundan əvvəl Aİ Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 90 faizinin Ukraynaya hərbi yardım göstərmək üçün Aİ büdcəsinə, eləcə də Ukraynanın yenidən qurulması üzrə Aİ proqramlarına yönəldilməsinə dair qərarı təsdiqləyib. Qərarda qalan 10 faizin potensial risklərə qarşı istifadə olunması nəzərdə tutulur.

//Gülnarə Abasova, Editor.az