Rusiya aktivləri dondurulacaq: əksər Aİ ölkələri ideyanı dəstəkləyibbackend

Rusiya aktivləri dondurulacaq: əksər Aİ ölkələri ideyanı dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası və əksər Aİ ölkələri Rusiyanın aktivlərinin dondurulması qərarının hər 36 aydan bir səsvermədə nəzərdən keçirilməsi ideyasını dəstəkləyib.

Variant ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin yaxın gələcəkdə buraxılmayacağına dair zəmanət tələbi ilə bağlı təklif edilib. Mövcud qaydalara görə, səsvermə hər altı aydan bir keçirilir.

Editor.az “Politico”ya istinadən xəbər verir ki, Avropa Komissiyası alternativ ideya təklif edib və bu ideyaya görə aktivlər hər 12 aydan bir nəzərdən keçirilməklə beş il müddətinə dondurulacaq. Bu halda, qərar yekdilliklə deyil, Aİ üzvlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək ki, ayrı-ayrı ölkələr, ilk növbədə Macarıstan nəticəyə təsir göstərməsin. Ən az ehtimal hesab edilən üçüncü variant isə Rusiyaya qarşı bütün sanksiyaların hər 36 aydan bir nəzərdən keçirilməsidir. Yaxın gələcəkdə Aİ ən üstün variantı seçməlidir.

Avropa Komissiyası və əksər Aİ ölkələri Rusiyanın aktivlərinin dondurulması qərarının hər 36 aydan bir səsvermədə nəzərdən keçirilməsi ideyasını dəstəkləyib. Variant ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin yaxın gələcəkdə buraxılmayacağına dair zəmanət tələbi ilə bağlı təklif edilib. Mövcud qaydalara görə, səsvermə hər altı aydan bir keçirilir.

//Samir Qurbanov, Editor.az