Rusiya aktivlərinin dondurulmasına cavab olaraq Qərbi hədələyirbackend

Rusiya aktivlərinin dondurulmasına cavab olaraq Qərbi hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Qərbin aktivlərini dondurmasına cavab verəcək. Bunun üçün ölkədə kifayət qədər siyasi və iqtisadi addımlar arsenalı var.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlik vurğulayıb ki, Avropa İttifaqı öz aktivlərini Rusiyadan almağa cəhd etsə, onilliklər ərzində qiymətli kağızlar bazarında etibarlı operator imicini yaradan maliyyə institutlarının reputasiyası həmişəlik zədələnəcək.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Avropa İttifaqı Rusiyaya qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməkdə davam edərsə, onun maliyyə və iqtisadi sistemi fəlakətli nəticələrlə üzləşəcək. Nazirlik bəyan edib ki, Rusiyanın maliyyə aktivlərinin dondurulmasına reaksiyası balanslaşdırılmış, əsaslandırılacaq və yerli təsərrüfat subyektlərinə zərər verməyəcək.

//Gülnarə Abasova, Editor.az