Rusiya hökuməti ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ-ın rus oliqarxlarından Ukraynaya pul köçürəcəyi ilə bağlı bəyanatına “son dərəcə mənfi” reaksiya verib.
Editor.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Bu, bu və ya digər şəkildə hüquqi proseslərə gətirib çıxaracaq. Heç bir qanunsuz həbs hadisəsi diqqətdən kənarda qalmayacaq.
Təbii ki, hər bir iş şəxsi xarakter daşıyır və biz təfərrüatları başa düşməliyik. Amma bu, kifayət qədər ciddi işin nəticəsi olacaq. Bu, sadəcə olaraq belə qalmayacaq.
Bilirsiniz ki, “bəzi hallarda artıq məhkəmə prosesləri gedir. Bizim bəzi sahibkarlar müxtəlif ölkələrdə uğur qazanıblar”, – Peskov bildirib. Eyni zamanda, Peskov iddia edib ki, aktivlərin Rusiyanın ərazisində genişmiqyaslı işğalçılıq müharibəsi aparan Ukraynaya verilməsi “hüquqi baxımdan təsəvvür edilə bilən hər şeyə ziddir”.
//Samir Qurbanov, Editor.az