Rusiya Amerikaya qarşı da ərazi iddiası irəli sürə bilərbackend

Rusiya Amerikaya qarşı da ərazi iddiası irəli sürə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alyaska ərazisi Amerika Birləşmiş Ştatlarının bir hissəsi olsa da, Rusiya bu ştatı geri qaytara bilər.

Etitor.az xəbər verir ki, bir qədər üstüörtülü formada bu cür hədələri Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclas zamanı səsləndirib.
“Aldatma zəiflik deyil, həmişə cavab verəcəyimiz bir şey var. Qoy Amerika həmişə yadda saxlasın, orada ərazisinin bir hissəsi var – Alyaska. Onlar bizim resurslarımızı ələ keçirməyə çalışmazdan əvvəl düşünsünlər ki, biz geri qaytara biləcəyimiz nəsə var”, – Volodin deyib.

Xatırladaq ki, aprelin sonlarında ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Ukraynanın müharibədən sonrakı bərpası “böyük vəsait tələb edəcək” və onların heç olmasa bir qismini Rusiyadan götürmək lazım gələcək.

Rusiya Federasiyası rəsmilərinin digər dövlətləri hərbi müdaxilə ilə hədələmələri ilk dəfə deyil. Məsələn, iyunun sonunda Rusiya Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağa qoyulmasını Litvanın suverenliyinin pozulması kimi qələmə vermişdi və Rusiyanın problemi “istənilən yolla” həll edəcəyini bildirmişdi.

Editor.az