Rusiya aprelin 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək: Ukrayna bu hadisəni “pis zarafat” adlandırdıbackend

Rusiya aprelin 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək: Ukrayna bu hadisəni “pis zarafat” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2023-cü ilin aprelindən BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Editor.az xəbər verir ki, bu barədə BMT-nin “Twitter”dəki mesajında deyilir: “Rusiya aprel ayından Təhlükəsizlik Şurasında rotasiya əsasında sədrliyi öz üzərinə götürür”, – bəyanatda deyilir.

Təhlükəsizlik Şurası veto hüququna malik Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Çin də daxil olmaqla, BMT-nin beş daimi üzvü, həmçinin rotasiya əsasında 10 üzv ölkədən ibarətdir. Şura digər BMT üzvlərinin riayət etməli olduğu təhlükəsizlik məsələlərini nəzərdən keçirir və qərarlar qəbul edir.

Bildiyimiz kimi, Rusiya Ukraynadakı müharibə ilə bağlı ona qarşı yönəlmiş qərarların qəbuluna daim mane olur. Bir gün əvvəl Estoniya, Latviya və Litva Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyinə qarşı çıxıblar. Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyini “pis zarafat” adlandırıb. Çünki o, müstəmləkə müharibəsi aparır və onun lideri uşaqları oğurlayan və BCM tərəfindən axtarışda olan hərbi cinayətkardır.

  //Samir Qurbanov,Editor.az