“Rusiya artıq Ermənistana xəbərdarlıq etməlidir” – FOTObackend

“Rusiya artıq Ermənistana xəbərdarlıq etməlidir” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu açıqlamalar göstərir ki, Azərbaycan tərəfinin qarşıdakı həftələrdə, aylarda əsas gördüyü işlər bundan ibarət olacaq ki, bu cür ünsürlər (Vitali Balasanyan) Dağlıq Qrabağdan tamamilə yığışdırılsın.

Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, üzümüzə gələn günlərdə erməni general Vitali Balasanyan və onun kimlərin Qarabağdan çıxmasını tələb etməliyik:

“Bu adam hərbi cinayətkardır. Onun əli hələ I Qarabağ müharibəsində azərbaycanlıların qanına bulaşıb. Bu cür ünsürlərin nəinki hansısa bəyanatlar vermək, nəsə demək haqqı yoxdur, ümumiyyətlə, bu, bizim suveren ərazimizdir. Bizim tələbimiz ondan ibarətdir ki, bu cür ünsürlər oranı ən azı tərk etsinlər. Əslində, onu məsuliyyətə cəlb etmək lazımdır, bununla bağlı işlər görülməlidir. Bütün mümkün vasitələrdən istifadə olunmalıdır ki, bu cür ünsürlər cinayət məsuliyyətinə cəlb olunsunlar. Amma hazırda üzümüzə gələn günlər ərzində onun Qarabağdan çıxmasını tələb etməliyik. Onun bu azğınlaşmış çıxışları onu göstərir ki, təəssüflər olsun ki, təhlükə var. Təhlükə çox ciddidir. Yəni artıq bəzi adamlar Ermənistanda III Qarabağ müharibəsinin başlamasından danışırlar.

Bu, o deməkdir ki, Vitali Balasanyan kimi ünsür III Qarabağ müharibəsini istəyənlərin adından çıxış edib. Bu da bölgədəki təhlükəsizliyə bir təhdiddir. Bunu bu adam açıq deyir ki, mən noyabrın 10-da imzalanmış sazişə təhdidəm. Ona görə də onunla bağlı hansısa tədbirlər görülməlidir”.

İ.Vəlizadə onu da qeyd edib ki, Rusiya sülhməramlıların ermənilərin Qarabağda qalan terrorçu, quldur dəstələrinə qarşı hər hansı bir tədbir görməməsi onları azğınlaşdırır:

“Başa düşürük ki, Rusiya sülhməramlıları burada Ağdamın, Kəlbəcərin, Laçının təhvil verilməsində səylər göstəriblər, indi Azərbaycan Ermənistan sərhəddində olan delimitasiya prosesində rol oynamaq kimi işlər görürlər, bunları danmaq olmaz. Amma Dağlıq Qrabağda rus sülhməramlılarının bir çox məsələlərdə passivliyi, əlbəttə ki, başa düşülən deyil. Onlar daha çevik olmalıdırlar. Oradakı quldur, terrorçu dəstələrini çıxartmalıdırlar. Bu Balasanyan niyə belə açıqlamalar edir?

Çünki o görür ki, ona və və onların terrorçu dəstələrinə qarşı işlər görülmür. Ona görə azğınlaşır. Ayın 10-da imzalanmış sazişə uyğun olaraq bütün erməni silahlı birləşmələri regionu tərk etsəydi, Balasanyan və onun kimi ünsürlərin danışmağa əsası olmazdı. Amma nə qədər Azərbaycan ərazilərində hələ də belə terror dəstələri var, o da azğınlaşıb, belə şeylər danışır. Hadrutdakı hadisələr də onu göstərir ki, nə qədər ki bir-iki silahlı erməni sülhməramlıların nəzarətində olan ərazidə varsa, deməli, bu, birbaşa təhdiddir, riskdir və eyni zamanda sülhməramlılar üçün riskdir. Çünki burada daha geniş miqyaslı toqquşma baş versə, sülhməramlılar arada olan qüvvələrdir, ilk öncə, onlara da xəsarət yetirilə bilər. Burada da, əlbəttə ki, Rusiya sülhməramlılarının təhlükəsizlik məsələsi həll etmək üçün müəyyən tədbirlər görərək, erməni silahlılarını bu ərazilərdən təcili çıxartmalıdır. Əslində, Rusiya artıq Ermənistana müəyyən ismarıc göndərməlidir. Sülhməramlılara göstəriş verməlidir ki, bu cür təxribatlara yol verilməsin”.

Xatırladaq ki, müharibədən sonra yaradılan qondarma D.Qarabağın “Təhlükəsizlik Şurası” ilk dəfə açıqlamalar verib. “Qurum”un sədri, general Vitali Balasanyan “Müharibəni uduzmağımıza səbəb erməni liderlərin yanlış siyasətinin nəticəsidir. Ermənistan və Rusiyanın rəhbərliyi ilə birlikdə itirilmiş əraziləri geri qaytaracağıq. “Artsax” müdafiə ordusu bundan sonra Müdafiə Nazirliyinə deyil, mənim rəhbərliyimdə olan Təhlükəsizlik Şurasına tabe olacaq” deyib.