“Rusiya yavaş-yavaş “parçalanmağa” başlayır və onun vaxtilə müstəmləkəyə çevirdiyi xalqlar indi ayrılmaq istəyir”.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Natalya Moseyçuka müsahibəsində deyib.
“Çox sadə bir şey baş verməlidir: Rusiya Federasiyası XIX-XX əsrlərdə zəbt etdiyi müstəmləkələrdən qurtulmalıdır… Biz başa düşməliyik ki, Rusiya XXI əsrdə müstəmləkələri olan azsaylı ölkələrdən biridir.Rusiya bu xalqların dilini, adət-ənənəsini, mədəniyyətini əlindən alıb, müstəmləkə edib. Onları azad etmək lazımdır ki, müstəqil olsunlar”.
Danilovun fikrincə, yalnız Rusiya bütün “müstəmləkələrini” itirdikdə onun gələcək taleyi barədə danışmaq mümkün olacaq.
O qeyd edib ki, İçkeriya və Tatarıstan xalqları yüz faiz işğalçı ölkənin bir hissəsi olmaq istəmir.
“Onlar hətta Rusiya ilə münasibətdə olmaq belə istəmirlər” – Danilov əlavə edib.
//Samir, Editor.az

