Kursk vilayətinin qubernatoru Roman Starovoyt Kurskda raket xəbərdarlığının işə salındığını açıqlayıb.
Editor.az xəbər verir ki, o, şəhər sakinlərindən evlərindəki pəncərələrə yaxınlaşmamağı və möhkəm divarlı, pəncərəsiz otaqlara sığınmağı xahiş edib. Raket təhlükəsi ilə bağlı mesaj Moskva vaxtı ilə saat 20:55-də dərc edilib.
12 dəqiqə sonra qubernator raket təhlükəsinin sona çatdığını elan eedib. Kursk vilayətinə sonuncu hücum yanvarın 15-də həyata keçirilib.
Daha sonra Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrin köməyi ilə Tyotkino kəndinə hücum edib, bir nəfər yaralanıb. İki evin pəncərələri sınıb.
//Samir Qurbanov, Editor.az

