“Rusiya artıq regionda münaqişəli məsələlərin həll olunması tərəfdarıdır, çünki…”- AÇIQLAMAbackend

“Rusiya artıq regionda münaqişəli məsələlərin həll olunması tərəfdarıdır, çünki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya artıq xırda münaqişələr siyasətindən əl çəkib. Əsasən dövlət rəhbərləri səviyyəsində münasibətlər qurmaq tərəfdarıdır. Rusiyanın dövlət baxışının dəyişməsinin əsas səbəbi dünyada baş verən hadisələr olub”.,

Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

O, bildirib ki, Rusiyanın mövqelərinin ciddi şəkildə zədələnməsi sanksiyalara məruz qalması, bütövlükdə regionda geopolitik maraqlara yenidən baxış ortaya qoymasına gətirib çıxartdı:

” Rusiya artıq regionda münaqişəli məsələlərin həll olunması tərəfdarıdır. Bu istiqamətdə Ermənistan tamamilə onun təsiri altındadır. Eyni zamanda baş verən proseslər fonunda Rusiya Azərbaycanın da hörmətini qazanmış oldu. Rusiya əvvəlki illərdəki kimi Ermənistanın tərəfini açıq aşkar tutmadı və KTMT-nin Ermənistana dəstəyinə şərait yaratmadı. Hesab edirəm ki, 10 noyabr və 11 yanvar tarixli bəyanatlardan irəli gələn vəzifələrin icrası davam edir. Son olaraq Paşinyan özü də artıq İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Razılaşmalara başlanılıb”.

Siyasi analitik qeyd edib ki, İranın da proseslərə müdaxiləsi Rusiyanı tez bir zamanda qərar qəbul etməyə vadar edir:

” Çünki Rusiya münaqişəli məsələlərin həllinə nail olmasa Qafqazda mövqeyinə zərbə vurmuş olur. Ona görə də problemin tez bir zamanda həlli də Rusiyanın milli maraqlarına xidmət edir. Düşünürəm ki, Prezident İlham Əliyevin sonuncu çıxışı da artıq göstərdi ki, proseslər yekunlaşmaq üzrədir. Bizim qarşımızdakı geopolitik oyuncular sima dəyişdirməkdədir. Dünənə qədər Rusiya, Fransa daha çox səs çıxarırdısa, indi İran da bu proseslərə daxil olub. Ona görə də Rusiyanın hal-hazırda tutduğu mövqe prosesləri birmənalı olaraq sülh müqaviləsinə aparacaq”.

//Gülnarə Abasova, Editor.az