Rusiya aviaşirkətləri Hindistana uçuşlarını artırırbackend

Rusiya aviaşirkətləri Hindistana uçuşlarını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Dehli və Moskva Rusiya aviaşirkətlərinin Hindistana uçuşlarının artırılması ilə bağlı razılığa gəliblər.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, Hindistan rəsmisi Rusiya aviaşirkətlərinə Hindistanın müxtəlif şəhərlərinə həftəlik uçuşların sayını 52-dən 64-ə çatdırmağa imkan verən ikitərəfli hava əlaqəsi müqaviləsinə “prinsipcə” yenidən baxmağa razılaşdıqlarını söyləyib.

Rəsmi bildirib ki, Rusiya aviaşirkətlərinin Hindistana uçuşlar üçün icazə verilən həftəlik uçuş imkanlarından tam istifadə edə bilməsi üçün müəyyən vaxt lazımdır. Yeni Dehli aviaşirkətlərinə də Moskvada 6 istiqamətə, o cümlədən Sankt-Peterburqa uçmağa icazə verilib.

Onu da qeyd edək ki, Hindistanın Mülki Aviasiya naziri Raciv Bansalın başçılıq etdiyi nümayəndə heyəti mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığa dair görüş üçün keçən ay Moskvaya səfər edib.

//Safura Bənnayeva, Editor az