Rusiya aviaşirkətlərinin zərəri 1,6 mlrd. dolları ötübbackend

Rusiya aviaşirkətlərinin zərəri 1,6 mlrd. dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun aylarında Rusiya aviaşirkətlərinin sərnişin daşımaları üzrə ümumi zərəri 121 mlrd. rubl (1,636 mlrd. ABŞ dolları) təşkil edib.

Editor.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Hava Nəqliyyatı İstismarçıları Assosiasiyasından bildirilib.

“Bu cür zərər koronavirus fonunda daşımaların azalması, həmçinin viasiya yanacağının bahalaşması və təyyarələrin lizinqinə bağlı olan valyutaların məzənnəsinin artımı ilə əlaqədardır. Bununla belə, aviaşirkətlərin ən məşhur istiqamətləri üzrə biletlərin qiyməti təxminən 30% endirilib”, – Assosiasiyadan bildirilib.