LABŞ səfiri Stiv Vitkovla görüşdən bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Avropa dövlətləri tərəfindən təklif olunan sülh planına edilən dəyişiklikləri rədd edir.
Bu barədə “Bild 2” dekabrda məlumat verib.
Onun sözlərinə görə, bu dəyişikliklərlə Avropa hazırkı ABŞ administrasiyasının və prezident Donald Trampın Ukraynada sülhə nail olmasına mane olur: “Onlar müharibənin tərəfindədirlər. Hətta guya Trampın təkliflərində bəzi dəyişikliklər etməyə çalışsalar belə, bütün bu dəyişikliklər yalnız bütün sülh prosesini bloklamaq, Rusiya üçün tamamilə qəbuledilməz tələblər irəli sürmək və bununla da Rusiyanı sülh prosesini məhdudlaşdırmaqda günahlandırmaq məqsədi daşıyır”, – deyə Putin bildirib.
O, qeyd edib ki, Avropa “döyüş meydanındakı vəziyyəti” qəbul edərsə, onu danışıqlara daxil etməyə hazırdır: “Biz Avropa ilə müharibə etməyəcəyik, bunu yüz dəfə demişəm. Amma Avropa birdən döyüşmək istəsə və başlasa, biz hazırda hazırıq”, – deyə o əlavə edib. İsveçin xarici işlər naziri Maria Malmör Stenegard, NATO-nun qərargahında nazirlər görüşünün kənarında Putinin açıqlamasına münasibət bildirərək, Rusiyaya yaxın bir ölkə olaraq İsveçin ölkənin real təhlükə yaratdığını və cilovlanmalı olduğunu qəbul etdiyini qeyd edib. Nazir bildirib ki, bunu nəzərə alaraq, İsveçin öz hərbi investisiyalarını artırmalı olduğu qənaətinə gəlib.
//Samir Qurbanov, Editor.az

