Rusiya Avropa İttifaqına qaz nəqlini dayandırarsa…backend

Rusiya Avropa İttifaqına qaz nəqlini dayandırarsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropa İttifaqına qaz nəqlini dayandırarsa, hər il orta hesabla 6,6 milyard dollar itirəcək.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib. Nəşr bunu Rusiya hökumətinin məxfi hesabatına istinadən xəbər verir. Qeyd olunur ki, avqustun 30-da Rusiya hökumətinin müzakirəsinə təqdim edilən sənəd “məmurların adətən nikbin ictimai bəyanatlarında ortaya qoyduqlarından qat-qat dəhşətli mənzərə yaradır”.

Hesabata görə, Rusiyanın əsas ixrac bazarı olan Avropaya qaz tədarükünün tamamilə dayandırılması Rusiya büdcəsinə ildə 400 milyard rubla qədər (6,6 milyard dollar ekvivalenti) vergi gəlirlərinin itirilməsinə səbəb ola bilər. Bu itkiləri yeni ixrac bazarları tərəfindən ortamüddətli perspektivdə tam kompensasiya etmək mümkün olmayacaq. Hesabat müəllifləri əlavə edirlər ki, Qərbin tətbiq etdiyi sanksiyalara görə Rusiya metal istehsalçıları isə ildə təxminən 5,7 milyard dollar itirəcək.

 //Samir,Editor.az