Rusiya yeni mümkün qeyri-dost addımlara cavab olaraq Avropa ölkələrindəki səfirliklərini bağlamağı planlaşdırmır.
Belə tədbirlər “Rusiya üçün ənənəvi deyil”. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko belə deyib. Bu barədə Editor.az “RİA Novosti”yə istinadən məlumat verir. Nazir müavini bildirib ki, -“…Bizim adət-ənənəmizdə belə deyil. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir”.
Xatırladaq ki, bir gün əvvəl Rusiya cavab addımı olaraq Danimarka səfirliyinin yeddi əməkdaşını göndərəcəyini bildirib və müvafiq bildiriş Danimarkanın Moskvadakı səfiri Karsten Sonderqarda təqdim olunub. Danimarka diplomatlarından iki həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etmələri tələb olunur. Daha əvvəl isə Rusiya Federasiyası İslandiya, Norveç və Farer adaları parlamentarilərinin və hökumət üzvlərinin ölkəyə girişini qadağan etmişdi.
Editor.az

