Rusiya Avropa Şurası ilə bütün müqavilələrə xitam verdi: Qanun Dövlət Dumasına göndərildibackend

Rusiya Avropa Şurası ilə bütün müqavilələrə xitam verdi: Qanun Dövlət Dumasına göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin Rusiya ilə bağlı Avropa Şurasının (AŞ) beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Editor.az bildirir ki, bunu Dumanın elektron məlumat bazasında dərc edilmiş sənəd sübut edir.

Söhbət Avropa Şurasının Nizamnaməsindən, Avropa Şurasının İmtiyazlar və İmmunitetlər haqqında Baş Sazişindən, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasından, Terrorçuluğa Qarşı Mübarizə üzrə Avropa Konvensiyasından, Avropa Xartiyasından , Yerli Özünüidarəetmə və Avropa Sosial Xartiyasından gedir.

Xatırladaq ki, Avropa Şurası 2022-ci il fevralın sonunda Rusiyanın qurumdakı üzvlüyünü dayandırıb. Mart ayında Moskva təşkilatdan çıxmaq prosesinin başladığını elan edib.

//Samir Qurbanov, Editor.az