Rusiya Avropaya hücum edir?- “Belə olduğu halda…”backend

Rusiya Avropaya hücum edir?- “Belə olduğu halda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın qeyri-adekvat ölkə olması faktı hər kəsə bəllidir. Amma Ukrayna müharibəsində nəticə əldə edə bilməyən Rusiyanın Avropaya hücum etməyə cəhd etməsi fikri hesab edirəm ki, real deyil. Doğrudur, Putin 500minə yaxın təzə ordu toplamasından danışıb. Amma Avropa dedikləri hamısı NATO ölkələridir”.

Bu sözləri Editor.az-a açıqlamasında Rusiyanı  2024/25-ci ilin qışında Avropaya hücum etməyə cəhd göstərə biləcəyi ilə bağlı politoloq Azər Qasımov deyib.

A.Qasımovun sözlərinə görə, Vladimir Putinin bu halı ilə NATO-ya hücum etmək fikrinə düşməsi ən yaxşı halda intihar, ən pis halda isə nüvə müharibəsi deməkdir:

” Nüvə müharibəsinin isə qazananı olmaz. Rus əsgərinin tutaq ki, Avropanın pribaltika və ya hansısa bir ölkəsini işğal etməsi nəyi dəyişə bilər? Rusiya onda özünü daha təhlükəsizmi hesab edəcək?  Ya həmin ölkələrin hesabına varlanacaq, öz maliyə problemlərinimi həll edəcək? Məntiqlə fikirləşəndə bunların heç biri olmayacaq, hətta əksi olacaq. Belə bir fikir ancaq xəstə düşüncənin məhsulu ola bilər. Həmin xəstə beyin buna da özünə haqq qazandıra bilər. Odur ki, ciddi şəkildə bunu imtina etmək olmaz. Çünki Rusiyada xəstə beyindən çox heç nə yoxdur”.

//Gülnarə Abasova, Editor.az