Rusiya Avropaya qaz xəttini bağlayır  backend

Rusiya Avropaya qaz xəttini bağlayır  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sanksiyalar aradan qaldırılana qədər Avropaya qaz nəqlini dayandırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov “Şimal axını” ilə bağlı problemlərin Qərb ölkələrinin sanksiyaları səbəbindən yaşandığını açıqlayıb.

Sanksiyaların qaldırılacağı təqdirdə “Şimal axını” ilə daşınmaların bərpa oluna biləcəyi ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, qətiyyən bu hal yaşanmayacaq:

“Bizə texniki, düzgün hüquqi təminat verilmədən belə daşımalar reallaşmayacaq. Məhz bu sanksiyalar Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalara cavabdır”.

Qeyd edək ki, “Qazprom” daha əvvəl texniki nasazlıq səbəbindən qaz nəqlinin dayandırıldığını bildirmişdi.

Lakin yeni açıqlamada sanksiyalar qaldırılana qədər qaz axınının verilməyəcəyi qeyd olunub.
 
//Safura Bənnayeva, Editor.az