“Rusiya Azadlığı Legionu” bəyanat yaydı: Putinin əclafları qorxu içində yaşayacaqbackend

“Rusiya Azadlığı Legionu” bəyanat yaydı: Putinin əclafları qorxu içində yaşayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna tərəfində Rusiyaya qarşı döyüşən “Rusiya Azadlığı Legionu” müqavimət hərəkatı düşmənin dəmir yolu logistikasını sıradan çıxarmaq üçün genişmiqyaslı əməliyyat həyata keçirib.

Bu barədə “Müqavimət”in mətbuat xidməti 6 noyabrda məlumat verib. Hərəkatın məlumatına görə, üsyançılar cəbhəyə silah, sursat və avadanlıq daşımaq üçün istifadə edilən anbarlara və lokomotivlərə hücum ediblər: “Əməliyyat nəticəsində idarəetmə və enerji sistemləri tamamilə yanıb və bu qatarların bərpasını qeyri-mümkün edib.

Zədələnmiş infrastruktur resursların ötürülməsini əhəmiyyətli dərəcədə ləngidib və Rusiya ordu bölmələrinə təchizatın sabitliyini pozub. Legionun müqaviməti güclənməyə və ölkə daxilində yayılmağa davam edir – Putinin əclafları qorxu içində yaşayacaq və “təhlükəsizlik”in nə demək olduğunu unudacaqlar”, – deyə bəyanatda bildirilir.

//Samir Qurbanov, Editor.az