Qarabağın Xankəndi şəhərində Rusiya-Azərbaycan birgə patrulunun naməlum şəxs tərəfindən snayper silahından atəşə tutulması barədə məlumat yayıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.
“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi və Qarabağın nümayəndələri ilə birlikdə bu faktla bağlı araşdırma aparır”, – deyə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
//Samir Qurbanov, Editor.az

