Rusiya Azərbaycan Respublikası ilə “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı planlaşdırırbackend

Rusiya Azərbaycan Respublikası ilə “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti Azərbaycan Respublikası ilə “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı planlaşdırır.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov danışıb.

O qeyd edib ki, Rusiya ticarət sənayesi artıq Şərq və Cənub ölkələri ilə əlaqələrə yönləndirilib. Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən vurğulayıb ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsini 35% artırmaq mümkün olub. Rəsmi qeyd edib ki, Rusiya Federasiyası dost dövlətlərlə sadələşdirilmiş sxem üzrə logistik marşrutlar həyata keçirməyi planlaşdırır.

Azərbaycan Respublikası ilə “sadələşdirilmiş gömrük dəhlizi” ilə yanaşı, İran, Suriya, Türkiyə və Çinlə də nəqliyyat marşrutları inkişaf etdiriləcək. Ölkələr arasında yüklərin sadələşdirilmiş daşınması layihəsi inzibati aparatın yükünü azaldacaq və daşıma prosesinin özünü asanlaşdıracaq. “Bundan başqa, Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirilir. Onların praktiki təsirinin artmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir”, – Davıdov vurğulayıb.

//Samir Qurbanov, Editor.az