Rusiya Azərbaycana dəstəyini daha da artırır?- “Putinin imzasına hörmətsizlik hesab olunan bu addım…”-AÇIQLAMAbackend

Rusiya Azərbaycana dəstəyini daha da artırır?– “Putinin imzasına hörmətsizlik hesab olunan bu addım…”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda hərbi toqquşmalar yaşanıb. Səbəblərə baxaq: Laçın yolunda yerləşən Azərbaycan “ekoloji postu” Ermənistana Qarabağa silah ötürməyə imkan vermir.

Buna görə də Ermənistan başqa marşrutla silah ötürməyə başlayıb. Üçtərəfli razılaşmaya əsasən, Ermənistanın başqa yollardan istifadə etmək, Qarabağda öz ordusuna sahib olmaq hüququ yoxdur. Ona görə də Azərbaycan Ermənistandan Qarabağa gedən silahlarla maşını saxlayıb. Atışma olub. İndi Azərbaycan, görünür, bu yolda tamhüquqlu hərbi gömrük postunun yaradılmasını tələb edəcək, silahların başqa yollarla daşınmasının qarşısını almaq üçün öz qoşunlarını gücləndirəcək. Rusiya Azərbaycana daha çox dəstək verəcək. Çünki Ermənistan getdikcə daha çox Rusiyanın düşmənlərinə doğru irəliləyir. İrəvan AB-nin 100 nəfərlik hərbi-mülki missiyasını, əslində isə NATO-nun desantını təzəcə əldə edib. Yeganə məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır”.

Bu fikirləri erməni separatçılarının Qarabağda törətdiyi təxribatı şərh edən rusiyalı politoloq Sergey Markov deyib.

Son günlər Rusiyanın Azərbaycanı daha çox dəstəkləməyə başlamasına səbəb nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Anar Əliyev bildirib ki, Qarabağda Laçın yoluna sülhməramlı qüvvələrinin dəstəyi ilə alternativ yol kimi silah-sursatın daşınması üçün istifadə etməyə çalışdıqları prosesə ordumuz çevik və qətiyyətli reaksiyasını nümayiş etdirdi:

“Ölkəmizin sərhədləri daxilində Azərbaycanın maraqlarına zərbə vurmağa çalışan şəxslər zərərsizləşdirilib yerindəcə məhv edildi. Hesab edirəm ki, birmənalı şəkildə 12 dekabr tarixində azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda həyata keçirdikləri aksiyanın doğurduğu ən mühüm effektlərdən biridir. Çünki artıq Ermənistan və Qarabağdakı separatçı qüvvələr heç bir gücə etibar edib onların dəstəyi ilə Laçın yolundan qanunsuz istifadənin mümkün olmayacağını dərk edirlər. Buna görə də alternativ yollar axtarmaq məcburiyyətində qalıblar. Qısa müddətdə nəzarət- buraxılış məntəqəsinin qurulması zərurətdir. Çünki 10 noyabr bəyanatının tələblərinə zidd olaraq Laçın yolundan humanitar məqsədlərlə deyil qanunsuz silah-sursat, minaların, separatçıların daşınması üçün istifadə ediblər. Bundan sonra hər hansı beynəlxalq güc Ermənistanın cinayətkar dəstələrin silahlanmasına xidmət edən addımlar atmadığı ilə bağlı fikirləri səsləndirə bilməyəcək. Azərbaycan bu reallığı yaratmış oldu”.

Siyasi analitikin sözlərinə görə, bəzi xarici politoloqlar bu hadisənin baş verməsində Azərbaycanı ittiham etməyə çalışırlar:

“Lakin onlar unudur ki, əgər 10 noyabr bəyanatın tələbləri yerinə yetirilərdisə, erməni hakimiyyəti sülh müqaviləsi ilə bağlı danışıqlarında səmimi olduğunu göstərmiş olsaydı dünənki insident baş verməzdi. Belə bir fikir səsləndirilir ki, bu hadisədən sonra Rusiya qüvvələri Azərbaycanın maraqlarına uyğun davranışlar nümayiş etdirəcək. Hesab edirəm ki, bu vəziyyətin yaranmasının elə ən böyük günahkarı sülhməramlı qüvvələrdir. Vladimir Putinin imzasına hörmətsizlik kimi qiymətləndirilə biləcək bu davranışların heç bir izahı yoxdur “.

//Gülnarə Abasova, Editor.az