Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov Moskvanın Bakı ilə Azərbaycandan keçməklə Ermənistana və İrana elektrik enerjisinin tədarükünə dair danışıqlar aparması barədə məlumat verib.
O qeyd edib ki, Rusiya hazırda İran və Azərbaycanla yeni tikinti aparılmadan, mövcud infrastrukturdan istifadəyə dair məsləhətləşmələr aparır. Onun sözlərinə görə, söhbət 300 MVt elektrik enerjisinin tədarükündən gedir.
Şulqinov layihənin bütün iştirakçılarının bu işdə maraqlı olduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az