Rusiya Azərbaycanla sərhəddə konsulluq açır? – “Paşinyan razılıq verib”backend

Rusiya Azərbaycanla sərhəddə konsulluq açır? – “Paşinyan razılıq verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Sünikdə konsulluğunu açacaq.

Bu barədə Moskvada erməni-rus ekspertlərin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov danışıb.

O bildirib: “Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi Rusiya tərəfinin Sünikdə konsulluq açmasına razılıq verib”.

Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunması kimi uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb. Artıq bölgəyə bu məsələ ilə bağlı qrup göndərilib.

S. Paltov vurğulayıb ki, məqsəd “təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə verməkdir. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq”.

Bundan əvvəl ERmənistanın “Joqovurd” nəşri Rusiyanın Ermənistandakı səfirliyinin Sünik vilayətində konsulluq açacağı barədə məlumat yayıb. Rusiya müxtəlif kanallar vasitəsilə bu istəyi barədə Ermənistan Respublikasının hakimiyyət orqanlarına məlumat verib.

“Joqovurd” XİN-ə müraciət edib və qurumdan bu cavabı alıb: “Ermənistan Respublikası Sünik vilayətində Rusiya konsulluğunun açılması ilə bağlı Rusiya Federasiyasından rəsmi təklif almayıb”.

Daha sonra Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti səfirlikdə belə müraciətlərin olmadığını bəyan edib.

Yenisabah.az