Rusiya qüvvələri “Azovstal” kombinatından qaçmağa çalışan kanadalı generalı əsir götürüb.
Editor.az APA-ya istinadən bildirir ki, onun Kanada Quru Qoşunlarının generalı Trevor Kadieu olduğu bildirilib.
Xəbərə görə, kombinatdakı ukraynalı hərbçilər generalın orada olmasını gizlətmək və qaçışını təşkil etmək məqsədi ilə provokasiyalar törətsələr də, bu, baş tutmayıb.
Trevor Kadieunun kombinatın mühasirəsindən dəfələrlə çıxmağa çalışdığı bildirilib.
Qeyd olunub ki, Qərbin “Azovstal”da qalan şəxslər üçün humanitar dəhlizlərin açılması ilə bağlı israrı həm də oradakı xarici hərbi ekspertlərin mühasirədən çıxması ilə əlaqədardır.

