Rusiya Bakını təhdid edən İrana 24 döyüş təyyarəsi verir – GİZLİ RAZILIQ açıqlandıbackend

Rusiya Bakını təhdid edən İrana 24 döyüş təyyarəsi verir – GİZLİ RAZILIQ açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir ordu bu zamana kimi olan müharibələrdə Ukraynadakı qədər müxtəlif texnika və sursatla döyüşməyib. Bu, həm logistika, həm də döyüş planlaşdırması üçün xeyli gərginlik yaradır”. 

Bunu  açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

O bildirib ki, “Su-35” qırıcılarının İrana tədarükü Cənubi Qafqaz regionunda qüvvələrin hava balansını Tehranın xeyrinə dəyişəcək:

“İran Hərbi Hava Qüvvələrinin baş komandanı Əmir Vahedi açıqlamasında Rusiyadan “Su-35” qırıcılarının alınması ilə bağlı məlumatı təsdiqləyib. Tehran Rusiyadan eyni adda 24 təyyarə alacaq.

Ukraynadakı müharibədə istifadə təcrübəsi göstərir ki, bu qırıcılar 80 km-ə qədər məsafədə 4-cü nəsil təyyarələrlə döyüşmək üçün effektivdir. Bununla bərabər döyüş təyyarəsi radioelektron mübarizə vasitəsilə zəif müdafiə olunur, bunu Ukrayna müharibəsində 10 ədəddən çox vurulması da təsdiq edir. Yer hədəflərinə yüksək dəqiqlikli zərbələr endirmək imkanları da məhduddur.

“Su 35″lər texniki etibarsızlığı ilə fərqlənir. Çində təlimlər zamanı yoxlanılan 24 qırıcıdan 9-10-nun eyni vaxtda istifadəyə hazır olması bunu deməyə əsas verir. “Su-35″də hələ də mövcudluğunu saxlayan köhnə radar imkan vermir ki, müasirləşdirilmiş “F-15” və “F-16″ qırıcıları ilə eyni olsun.

Əgər çatdırılmalara martda başlanarsa, İran Hərbi Hava Qüvvələrinin əməliyyat hazırlığına nail olması təxminən 2 il vaxt alacaq. Çünki pilotların əksəriyyətinin ondan döyüşdə tam istifadə etmək üçün bu qədər müddətə – təcrübəyə ehtiyacı var.

Amma onu da əlavə edim ki, bu qırıcıların tədarükü Cənubi Qafqaz regionunda və Yaxın Şərqin bəzi bölgələrində qüvvələrin hava balansını İranın xeyrinə dəyişəcək”.

milli.az