Rusiya Baş naziri koronavirusa yoluxdubackend

Rusiya Baş naziri koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib.

M.Mişustin bildirib: “İndicə məlum oldu ki, koronavirus üçün etdiyim testlər müsbət nəticə verib”.

O, birinci müavini Andrey Belousovu xəstəliyi olduğu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifəsinə namizəd kimi irəli sürüb:

“Hökumət ştat rejimində işləməyə davam edəcək, bütün əsas məsələlərdə telefon və video ilə aktiv əlaqə qurmağı planlaşdırıram. Müvəqqəti vəzifələrimi icra edən şəxs qismində [Baş nazirin birinci müavini] Andrey Removiç Belousovun namizədliyini təklif edirəm”.