Rusiya Baydenin NATO-ya Ukrayna ilə bağlı təhdid dolu sözlərinə cavab veribbackend

Rusiya Baydenin NATO-ya Ukrayna ilə bağlı təhdid dolu sözlərinə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfi NATO-ya qarşı müdafiə taktikası aparır. İndiyədək Rusiya Federasiyasından Alyansa heç bir təhlükə olmayıb”.

Editor.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa ABŞ prezidenti Co Baydenin NATO ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı problemlərlə üzləşmək riski ilə bağlı sözlərini şərh edərkən bildirib.

Deputat Şimali Atlantika Alyansı üçün real iqtisadi təhlükələrin olduğunu da etiraf edib: “Bir çox siyasətçilər bilirlər ki, münaqişənin daha da gərginləşməsi NATO-ya üzv dövlətlər üçün iqtisadi problemlərə gətirib çıxara bilər. Bundan sonra siyasi problemlər yarana bilər”, – deyə Çepa yekunlaşdırıb.

Bundan əvvəl Co Bayden Ukraynanın bombalanmasının Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) təhlükəsizliyinə, həmçinin transatlantik münasibətlərinə təsir etdiyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az