Putin administrasiyası Ukraynanın işğalından sonra Rusiyanı tərk etmiş qlobal şirkətlərin aktivlərini müsadirə etməyə hazırlaşır.
Editor.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vladimir Putin qlobal şirkətlərin əmlakının müsadirə edilməsinin hüquqi cəhətdən doğru olduğunu bildirib:
“Şirkətlərini bağlamağı planlaşdıranlarla bağlı ciddi şəkildə hərəkətə keçməliyik. Yerli təchizatçıların heç bir şəkildə zərər çəkməsinə icazə verməməliyik. Biz bu problemlərin hüquqi həllini tapacağıq. Rusiyada qalmağı seçən xarici investorların hüquqlarını qorumağı tövsiyə edirəm. Rusiyada fəaliyyət göstərən onlarla nəhəng şirkətin birdən-birə bazardan çıxması həm də işsizliyin ciddi şəkildə artması deməkdir. Bu şirkətlərin əmlaklarının müsadirə edilməsinin ən önəmli səbəblərindən biri budur. Həmin müsadirə edilən əmlakların sayəsində istehsalat fəaliyyətlərini davam etdirərək iş yerlərinin bağlanmasını təmin edəcəyik”.
Qeyd edək ki, artıq dünəndən “Ikea” və “McDonald’s” Rusiya bazarında çıxdığını bəyan edib.
//Nəzərbəy Hacıağayev, Editor.az
.

