Rusiya Belarus ərazisində “İsgəndər” və S-300-lər yerləşdirirbackend

Rusiya Belarus ərazisində “İsgəndər” və S-300-lər yerləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Belarus ərazisində “İskəndər” və S-400 raket komplekslərini yerləşdirib. Rusiya eyni zamanda Ukrayna hərbçilərinin mövqelərinə zərbələr endirmək üçün Donbasa “S-300” sistemləri gətirib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat  brifinq zamanı deyib. İqnatın sözlərinə görə, ruslar Belarus ərazisində “İskəndər”lər və Belarusun hava məkanını mühafizə edəcək “S-400”-lər yerləşdiriblər:

“Rusiyaya onun hava məkanını qorumaq üçün S-300 raketlərinə hələ ki, ehtiyacı yoxdur və buna görə də onlar Belarus ərazisindən Donbasa köçürülür.

Onlardan ballistik raketlər kimi istifadə edirlər. Yəni 150 kilometrə qədər ballistik trayektoriya ilə uçurlar. Onlar bu raketlərin istehsalçısıdırlar və sayı çoxdur. Amma biz də oturub sadəcə baxmırıq . Silahlı Qüvvələrimiz onları mümkün qədər effektli şəkildə məhv etmək üçün hər şeyi edir”.

  //Samir Qurbanov, Editor.az