Ukrayna Təhlükəsizlik Xidməti(UTX) rusların Belarusun strateji obyekti – Mozır neft emalı zavodunda “yalançı bayraq altında” irimiqyaslı təxribat hazırladığını sübut edən kəşfiyyat məlumatı əldə edib.
Editor.az UTX mətbuat mərkəzinin məlumatına istinadən xəbər verir ki, “Vaqnerçilər” adı altında Belarus ərazisinə göndərilmiş RF Silahlı Qüvvələrinin nizami hərbçiləri və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət diversiya-kəşfiyyat qrupu hücuma hazırlaşır. Qeyd olunur ki, təxribat qrupu özünü “Ukraynalı diversantlar” kimi təqdim edərək neftayırma zavodunu parlatmalıdırlar.
Rusiya Federasiyası Minski yenidən genişmiqyaslı müharibəyə sürükləmək üçün bu əməldə Ukraynanı ittiham etməyi planlaşdırır.
“Belarusda planlaşdırılan terror aktı ilə bağlı məlumatı Təhlükəsizlik Xidməti bir neçə mənbədən – o cümlədən Zaporojye istiqamətində ukraynalı müdafiəçilər tərəfindən əsir götürülən Rusiya Silahlı Qüvvələrinin hərbçisinin ifadəsindən əldə ediblər.
UTX-nin kiberekspertləri tutulan raşistin mobil telefonunda olan məlumatları təhlil ediblər”, – deyə məlumatda bildirilir. Xüsusi xidmətin əməkdaşları qeyd ediblər ki, o, əvvəllər Ukraynanın cənubunda Müdafiə Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib və bu yaxınlarda ona “Vaqner” özəl hərbi şirkətinin tərkibində Belarusa köçmək göstərişi verilib.
Artıq xidmət yerini dəyişdirmək mərhələsində olan rus hərbçiləri Mozır Neft Emalı Zavodunda “xüsusi missiya” haqqında məlumat alıblar.
UTX-nin kibermütəxəssisləri Onun telefonunda digər icraçılarla uzaqdan yazışmalar, obyektin şəkilləri və əməliyyatla bağlı müəyyən məlumatlar tapıblar.
//Samir Qurbanov,Editor.az


