Rusiya Belarusiyanı müharibəyə cəlb edə biləcək?-Politoloqdan AÇIQLAMAbackend

Rusiya Belarusiyanı müharibəyə cəlb edə biləcək?-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi 10 aydan çoxdur ki, davam edir. Proseslərin gedişində Ukraynaya dəstək naminə bir çox ölkələr Rusiyaya sanksiyalar tətbiq edir. Rusiya isə bunun qarşılığında müttəfiqlərindən kömək umur. Mediada yer alan fikirlərdə Rusiya prezidenti Vladimir Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcəyi və Ukraynada gedən müharibənin son vəziyyətini müzakirə ediləcəyi öz əksini tapıb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Belarusiya müharibəyə qatılmayacağını və bölgədə sülhün tərəfdarı olduğunu dəfələrlə bildirib.

Maraqlıdır ki, hələ də Rusiyanın Belarusiyanı müharibəyə cəlb etmək cəhdlərinin səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Ukraynada müharibə başlayandan bəri Rusiya Belarusiyanı savaşa cəlb etmək istəyir:

” Buna görə də aktiv formada daima cəhdlər, hətta təzyiqlər edir. Bu istiqamətdə təkcə Rusiyada deyil, həm də Avropa Birliyi ölkələrində onun əleyhinə işləyən və birbaşa Kremlə bağlı təssisatlarda da bu istiqamətdə aktiv fəaliyyət göstərilir. Rusiyanın apardığı müharibədə Belarusiyanın da adını çəkməklə onu tərəfdar olaraq göstərməyə çalışırlar. Bugünə qədər Rusiya-Ukrayna müharibəsində Belarusiyanın iştirakı ilə bağlı fakt yoxdur. Əgər Ukraynadan Belarusiya ərazisinə hər hansı zərbə baş tutmasa, belə bir halın olması mümkün deyil. Çünki bu Aleksandr Lukaşenkonun maraqlarına uyğun olsa idi, bugünə kimi gərçəkləşərdi. Belarus Rusiyanın xeyirinə niyə Ukrayna ilə münasibətləri korlamalıdır? Burada Rusiyanın əsas niyyəti Belarusiyanı da müharibəyə daxil edib, ümumiyyətlə, NATO ölkələrinə də pərakəndə atılan zərbələrdə prosesə digərlərini də cəlb etməkdir. Hələlik bu cəhd uğursuzluğa yönəlib”.

//Safura Bənnayeva, Editor.az