Rusiya Belqorodu yanırbackend

Rusiya Belqorodu yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna pilotsuz təyyarəsinin Starıy Oskol şəhər rayonunda neft anbarına hücum edib.

Editor.az bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz Teleqram kanalında məlumat verib.

İHA-nın hücumu nəticəsində anbarlardan biri alovlanıb. Yanğın dörd yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Qladkovun sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb, lakin partlayış dalğası neft bazasının ərazisindəki mühafizə binasının şüşələrini sındırıb. Bundan bir qədər əvvəl Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neft emalı zavodunda PUA-nın hücumu nəticəsində yanğın başlamışdı. Vilayətin qubernatoru Vasili Qolubevin sözlərinə görə, hücum və ardınca baş verən yanğın nəticəsində ölən olmayıb. Yanğının söndürülməsi ikinci cəhdlə qısa müddətə kəsilib.

Xatırladaq ki, mart ayında dronlar Rusiyada ondan çox neft emalı zavoduna hücum edib. Rusiya neft şirkətləri aprel ayında yanacaq hasilatını ötən ilki səviyyəyə nisbətən azaldıb. May ayında dronlar Krasnodar vilayətində bir neçə neft emalı zavoduna da hücum ediblər.

//Samir Qurbanov,Editor.az