Rusiyanın baş naziri Mixail Mişustin iyunun 30-dək qonşu Avrasiya İqtisadi İttifaqı ölkələrinə ağ və xam şəkər ixracının, həmçinin buğda, çovdar, arpa və qarğıdalı ixracının qadağan edildiyini açıqlayıb. Bununla belə, xüsusi ixrac lisenziyasının mövcud kvota sistemi çərçivəsində treyderlərə paylanmasının davam etdiriləcəyi bildirilib.
Editor.az -ın “Reuters” a istinadən verdiyi məlumata görə, hökumət bu tədbirlərin xarici amillərlə məhdudlaşan daxili bazarı qorumaq üçün atıldığını bildirib. Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə azad ticarət zonasının bir hissəsidir. Bazar ertəsi İnterfaks xəbər agentliyinin buğdaya ixrac məhdudiyyəti tətbiq edə biləcəyi ilə bağlı xəbərindən sonra buğda qiymətləri artmağa başladı. Fevralın əvvəlindən buğdanın qiyməti 23 faiz artıb.
Qeyd edək ki, Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır, alıcıları isə Misir və Türkiyədir. Avropa İttifaqı və Ukrayna isə bu sahədə onun ən böyük rəqibləridir.
//Gülnarə Abasova, Editor.az

