Rusiya bir ay ərzində 40 milyard dəyərində qızıl-valyuta ehtiyatlarını itiribbackend

Rusiya bir ay ərzində 40 milyard dəyərində qızıl-valyuta ehtiyatlarını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankı bir ay ərzində təxminən 40 milyard qızıl-valyuta ehtiyatını itirib.

Bu barədə Editor.az  Rusiya mənbələrinə istinadən xəbər verir. Belə ki, 25 mart 2022-ci il tarixinə RF beynəlxalq ehtiyatları 2022-ci il fevralın 18-i ilə müqayisədə 38,8 milyard azalaraq 604,4 milyard dollar təşkil edib. Valyuta intervensiyaları, valyutanın yenidən maliyyələşdirilməsi, eləcə də aktivlərin valyuta ilə yenidən qiymətləndirilməsi ehtiyatların azalmasında əsas amillər kimi çıxış edib.

Məlum olduğu kimi, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən RF mərkəzi bankının valyuta ehtiyatlarının təxminən yarısı dondurulub.

Editor.az