Rusiya bir aya hücum edəcək – Ukraynabackend

Rusiya bir aya hücum edəcək – Ukrayna

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbi komandanlığının nümayəndələri Britaniya deputatlarının ölkəyə səfəri zamanı onlara bildirib ki, Rusiya bir ay ərzində hərbi əməliyyata başlayır.

Bu barədə “Qardian”a Britaniyanın müxalif Leyboristlər Partiyasının üzvü, deputat Kris Brayant danışıb.

Onun sözlərinə görə, britaniyalı deputatların Donbasa səfəri zamanı elə təəssürat yaranıb ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə bu, ona baha başa gələcək, yəni ciddi itkilərlə üzləşəcək:

“Ukrayna daha qətiyyətli görünür. Ukrayna komandalığı bildirdi ki, Rusiyanın “dörd həftəlik pəncərəsi” var ki, bu müddət ərzində hərbi əməliyyata başlaya bilər”./axar.az