Rusiya bir daha Ermənistana “ağıllı” olmağı təklif etdibackend

Rusiya bir daha Ermənistana “ağıllı” olmağı təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiya yolu ilə getsə, bu, ölkənin hazırda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və tərəfdaşları ilə mövcud olan bütün cari iqtisadi əlaqələrinə yenidən baxılması ilə nəticələnəcək.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin jurnalistlərə deyib. O qeyd edib ki, Rusiyanın Ermənistana müdaxilə etmək və ya onun iqtisadiyyatına zərər vurmaq niyyəti yoxdur, çünki İrəvan Moskvanın strateji tərəfdaşıdır, onu Gürcüstanla olduğu kimi, çoxəsrlik tarixi və Böyük Vətən Müharibəsində ümumi qələbəsi ilə bağlayır.

“Fakt budur ki, obyektiv olaraq, Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqlar müxtəlif gömrük və tarif tənzimləmələrinə malikdirlər, bunlar mahiyyətcə fərqli iqtisadi bloklardır. Müvafiq olaraq, erməni həmkarlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətdə getdiklərini müəyyənləşdirməli olacaqlar”, – Mixail Qaluzin bildirib. O, vurğulayıb ki, Aİİ-yə üzvlük Ermənistan əhalisinə açıq-aşkar üstünlüklər verir. Xüsusilə, bu, ÜDM-in artımında özünü göstərir: 2024-cü ildə 6% artıb. Avropa İttifaqı isə öz növbəsində İrəvana üzvlük üçün yalnız qeyri-müəyyən perspektivlər və bir sıra tələblər verir. Bu baxımdan respublika öz yolunu seçməli olacaq. Nazir müavininin sözlərinə görə, Avropaya inteqrasiya kifayət qədər ağrılı prosesə çevrilə bilər və hakimiyyət Aİİ-dən çıxmaqla nəyi itirdiklərini, Aİ-yə daxil olmaqla nə qazandıqlarını əhaliyə izah etməli olacaq.

Mixail Qaluzin Ermənistan rəhbərliyinin vəziyyəti ağılla qiymətləndirdiyinə ümid etdiyini bildirib. “Biz onun ötən il, 2024-cü ildə Aİİ-yə uğurlu sədrliyini yüksək qiymətləndiririk, buna görə də əməkdaşlığımız davam edir. Ölkənin nümayəndələri də MDB orqanlarının bütün tədbirlərində, bütün ekspert görüşlərində fəal iştirak edirlər”, – Qaluzin vurğulayıb.

//Samir Qurbanov, Editor.az