Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov son vaxtlar gərginliyin artdığı İsrail ilə Livan arasında sülhün bərqərar olmasına kömək etməyə hazır olduqlarını və bu mövzuda çalışdıqlarını bildirib.
Editor.az Rusiya mediasına istinadla xəbər verir ki, Boqdanov girovların azad edilməsi üçün İsrail və HƏMAS ilə birlikdə çalışdıqlarını da qeyd edib.
“Livan məsələsində bütün tərəflərlə əlaqə saxlayırıq. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq 1701 saylı qətnamə üzərində işləyirik və həm Nyu-Yorkda, həm də digər yerlərdə keçirilən bütün məsləhətləşmələrdə fəal iştirak edirik”,- o qeyd edib.
Rusiyanın təbii ki, sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu qeyd edən Boqdanov tərəflərin maraqlarına zərər vurulmaması üçün qarşılıqlı məqbul razılaşmalara ehtiyac olduğunu da vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

