NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya alyansı qorxuda bilməyəcək.
O, NATO-nun Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Editor.az xəbər verir ki, Rutte bu barədə Ukraynaya yardım missiyasının Almaniyanın Visbaden şəhərində yerləşən qərargahına səfəri zamanı bildirib.
2024-cü ilin oktyabrında NATO-ya rəhbərlik edən Rutte deyib ki, Kiyevin NATO müttəfiqləri münaqişədə “Rusiya prezidenti Vladimir Putinin məqsədlərinə çatmaması və Ukraynanın qalib gəlməsi” üçün hər şeyi etməyə davam edəcək. Mark Rutte həmçinin vurğulayıb ki, alyansın “Rusiya təhlükəsini dəf etmək üçün bütün imkanlara” malik olması vacibdir.
“Biz NATOyuq. Biz hücum ittifaqı deyil, müdafiə ittifaqıyıq. Biz blokdan kənar hər hansı digər ölkənin hər hansı bir hissəsini ələ keçirməkdə maraqlı deyilik”, – o deyib.
NATO-nun baş katibi Kley kazarmasında, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) adlı yeni missiyasının qərargahının yerləşdiyi Amerika bazasında çıxış edib və nəticədə Kiyevə Qərbin hərbi yardımını əlaqələndirəcək.
//Samir Qurbanov, Editor.az