Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edibbackend

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumuna görə Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Zaxarovanın sözlərinə görə, bu mövzu Təhlükəsizlik Şurasında müzakirə predmeti olacaq.

“Belqoroddakı “terror aktı” BMT Təhlükəsizlik Şurasında araşdırılacaq. Rusiya Təhlükəsizlik Şurasının iclasını tələb edib”, – Zaxarova bildirib. Xatırladaq ki, dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzinə raket zərbələri endirib, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov öz teleqram kanalında məlumat verib.

//Samir Qurbanov, Editor.az