Rusiya BMT TŞ-nın iclasının keçirilməsini tələb edirbackend

Rusiya BMT TŞ-nın iclasının keçirilməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırır və burada Ukraynaya Qərb silahlarının verilməsindən şikayət etmək niyyətindədir.

Editor.az bildirir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin sözlərinə görə, fevralın 24-də Qərb ölkələri Rusiyanın Ukraynaya qanlı işğalının ildönümü ilə bağlı görüş istəyib: “Biz borclu qalmayacağıq. Fevralın 8-də biz Qərb silahlarının tədarükünün artması fonunda Ukrayna böhranının (Rusiya-Ukrayna müharibəsi) sülh yolu ilə həlli perspektivlərinə dair görüş tələb etmişik.

Minsk razılaşmalarının imzalanmasının ildönümünü da yaddan çıxarmayacağıq”, – o yazıb. Polyanski gileylənib ki, “fevral ayının iş proqramında Ukrayna məsələsi kifayət qədər olacaq” və bunun hamısı Rusiyanın təcavüzünə görədir. “Biz buna hazırıq, deyəcək sözümüz var”, – deyə diplomat əmindir.

  //Samir Qurbanov,Editor.az