Rusiya boru kəməri ilə Avropaya qaz tədarükünü 1,4 dəfə artırıbbackend

Rusiya boru kəməri ilə Avropaya qaz tədarükünü 1,4 dəfə artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarda Rusiyadan Avropaya boru kəməri ilə qaz tədarükü illik 41% artaraq 2,52 milyard kubmetrə çatıb.

Editor.az bu barədə “Qazprom”a istinadən yazır. Ukrayna ərazisindən Aİ ölkələrinə və Moldovaya tranzit ayda 1,29 milyard kubmetr təşkil edib. Bu, ötən illə müqayisədə 32% çoxdur.

Rusiya qazının 100%-i “Türk axını” qolu ilə Avropaya yönəldilib. Bu baxımdan ixrac həcmi illik bazda 51% artıb. Eyni zamanda, 2023-cü ilin dekabrında Rusiya Federasiyasından Avropaya vurulan qazın həcmi bir qədər çox olub.

//Gülnarə Abasova, Editor.az