Rusiya Bosniyada sabitliyi pozmaqla, dünyanın diqqətini Ukraynaya qarşı hərbi təcavüzündən yayındırmağa çalışır – Yens Stoltenberqbackend

Rusiya Bosniyada sabitliyi pozmaqla, dünyanın diqqətini Ukraynaya qarşı hərbi təcavüzündən yayındırmağa çalışır – Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO 1990-cı illərdə dağıdıcı müharibədən əziyyət çəkən qeyri-sabit Balkan regionunda Rusiyanın “bədxah xarici müdaxiləsindən” narahatdır.

Editor.az “Apnews”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Bosniya və Herseqovina səfəri zamanı deyib. “Müttəfiqlər Bosniya və Herseqovinanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Biz separatçı və bölücü ritorikadan, habelə Rusiya da daxil olmaqla, xaricdən zərərli müdaxilədən narahatıq”, – baş katib bildirib.

O qeyd edib ki, Rusiyanın Bosniyada və regionun qalan hissəsində sabitliyi pozmağa çalışması və bununla da dünyanın diqqətini müəyyən qədər də olsa Ukraynaya qarşı təcavüzündən yayındırmağa çalışması ilə bağlı geniş narahatlıqlar var. Xüsusilə, Moskva separatçı, rusiyayönlü Bosniya serblərinin “prezidenti” Milorad Dodiki açıq şəkildə dəstəkləyir.

Moskva dəfələrlə ölkənin parçalanmasına və Bosniyanın serblərin nəzarətində olan yarısının qonşu Serbiyaya birləşdirilməsinə çağırıb. “Bu, sabitliyi pozmaq təhlükəsi yaradır və islahatlara mane olur. Bütün siyasi liderlər birliyi qorumaq, milli institutlar qurmaq və barışığa nail olmaq üçün çalışmalıdır. Bu, ölkənin sabitliyi və təhlükəsizliyi üçün vacibdir. Sizin, Qərbi Balkanlar regionu və Avropanın təhlükəsizliyi üçün vacibdir”, – Stoltenberq bildirib .

//Samir Qurbanov, Editor.az